skip to Main Content
Medi Style Hospital
Bakı şəhəri, Nərimanov r-nu, Ak.Həsən Əliyev küç 116.

Dr. Aynurə Əzizova

Dietoloq həkim

Azərbaycanda ilk dəfə olaraq yüksək ixtisaslı həkim mütəxəssis Op. Dr. Aynurə Əzizova tərəfindən fəalliyətinə start verilmiş dietoloji mərkəzimiz pasiyentlərin istifadəsinə tam hazırdır. Aynurə Əzizova kimdir?

Op. Dr. Dietoloq Aynurə Əzizova
  • 2005-2011-ci il aralığında Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsini fərqlənmə diplomu ilə bitirib.
  • 2011-2016-cı illərdə ATU-nun Uşaq cərrahiyyəsi kafedrasında rezidentura keçmişdir.
  • 2015-2016-ci illər aralığında Turkiyə Cumhuriyyəti, Ege universitesi, çoçuk cerrahisi ana bilim dalında təhslini davam etdirmişdir.
  • 2016-cı ildən başlayaraq 0-16 yaş qrupu (yenidoğulmuş, körpə, uşaq, yeniyetmə) pasiyentlərdə bütün növ cərrahi müdaxilələrin həyata keçirilməsi ilə məşğuldur.
  • 2013-cü ildən başlayaraq həzm pozğunluğu olan uşaqların düzgün qidalma şəkli, cərrahi müdaxilə öncəsi və sonrasında uşaq qidalanmasının təşkili, artıq çəkili uşaqların düzgün qidalanma strategiyasının tərtibini həyata keçirir. Yetişkin və artıq çəkili insanların sağlam həyat tərzi ilə artıq çəkilərindən azad olmasının təşkili ilə məşğuldur.
Asa Diet Center

Dünya Səhiyyə Təşkilatı tərəfindən piylənmə xəstəlik olaraq qəbul edilir. Məhz bu səbəbdən mərkəzimizdə yalnız individual olaraq, şəxsə özəl müalicə, sağlam qidalanma, fiziki aktivlik strategiyası tərtib olunur.  Müntəzəm olaraq aparılan yoxlanışlar, periodik olaraq, çəkiyə uyğun dəyişən diet proqramı, tam istəklərinizi qarşılayacaq şəkildə tərtib olunur. Bunun sayəsində sizə məxsus sağlam həyat tərzi ilə tanış olursunuz.

ASA DİET CENTER olaraq sizlərə genlərinizə uyğun sağlam yaşamın sirlərini öyrədirik. Nəticə olaraq qısa müddətli, vücudumuzu zəncirləyən diet proqramı ilə deyil, bir ömür boyu sizi sağlamlığa aparan yolda yardımçınız oluruq.

Op. Dr. Dietoloq Aynurə Əzizova istənilən yaş qrupundan olan insanların qidalanma şəklini, həyat xüsussiyyətlərini nəzərə alaraq, hər bir şəxsə özəl qidalanma, fiziki aktivlik strategiya tərtib edir. Unutmayaq ki, düzgün qidalanmanın, sağlam həyat tərzinin bünövrəsini uşaq yaşlarından qoymaq lazımdır. Yalnız bu yolla gələcək üçün sağlam nəsil yetişdirə bilərik.

Aldığımız artıq çəki bizə özü ilə birgə olduqca çox sayıda xəstəlik gətirir.  Əfsuslar olsun ki, bu zaman bu xəstəliklər ilə tək-tək savaşırıq. Vücudumuza bütün bir sistem şəklində yanaşsaq, xəstəliklər və onların şikayətləri zamanla geriləyəcək,yenidən sağlamlığımıza qovuşacağıq. Bədənimizi bir bütün halında gördüyümüz zaman onun problemlərini həll etmək daha məqsədyönlü və nəticə isə daha qənaətbəxş olur.

ASA DİET CENTER olaraq qarşınızda təkcə artıq çəkilərinizdən azad olmaq üçün deyil, eyni zamanda sizi bir çox xəstəliklərin pəncəsindən qurtarmaq üçün varıq. Biz addımladığınız yolda ən etibarlı tərəfdaşınız olaraq hər zaman yanınızda olmaqdan qürur duyuruq.

Elə indi peşəkar həkim məsləhəti ilə sağlam arıqlamağa başlayın

ONLAYN RANDEVU ALIN
Back To Top