skip to Main Content
Necə sürətli arıqlaya bilərəm?

Artıq çəkiniz varsa, onu sağlam şəkildə verməyə çalışın ki, bir daha geri almayasınız. Hər şey beyində başlayır. Öncə qərarınızdan əmin olun, özünüzə inanın. Dieta mövhümündən uzaq durun, çünki dieta çıxış yolu deyil. Sağlam həyat tərzi ilə tanış olmaq lazımdır. Orqanizmdə pozulmuş mübadiləni qaydasına salmaq və fiziki aktivliklə artıq çəkidən ömürlük azad olmaq mümkündür. Yemək rasionunu isə yağlı, proteinli seçmək lazımdır. Kalori hesabı ilə kilo verməyə çalışdıqca, verdiyinz kilolar artıqlaması ilə geri gələcək. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Artıq çəkidən əziyyət çəkirəm. Qan analizində anemiya aşkarlandı, bu arıqlamağa mane ola bilərmi?

El arasında qan azlığı kimi tanınan dəmir defistli anemiyadır. Əgər qan azlığı probleminiz varsa, arıqlamaq çox çətindir. Ac qalmaq arıqlamaq üçün çıxış yolu deyil. İlk öncə orqanizmdə əksik olan mikroelementləri balanslaşdırmaq lazımdır. Sonrakı etap olaraq qalıcı kilo vermək mümkündür.

Oğlumun 11 yaşı var. 75 kilo çəkisi var, üstəlik cinsi inkişafı çox zəifdir. Çıxış yolu nədir?

Oğlan uşaqlarında artıq çəki olduqca təhlükəlidir. Belə ki, piy toxuması mütəmadi olaraq estrogen (qadın cinsi hormonu) hasil edir. Bu da ümumi testesteron (kişi cinsi hormonu) səviyyəsini aşağı salır. Nəticədə cinsi hormonların disbalansı yaranır və kişi yönümlü inkişaf ləngiyir. Süd vəzilərində, qasıqda, budların iç səthində və s. piy toxuması daha çox depolanır. Çıxış yolu əlbəttə var. İlk öncə düzgün müayinə aparmaq lazımdır. Bu özlüyündə böyük problemdir –“Təkcə dietlə arıqlayım, hər şey düzələcək.” deyə düşünməyin. Mütəxəssis yardımı ilə sağlam həyat tərzi, düzgün müalicə və düzgün seçilmiş hərəkətlərlə piylərdən ömürlük xilas olmaq və cinsi inkişafı normallaşdırmaq mümkündür.

140 kilo çəkim var, mədə kiçilmə əməliyyatı olmaqdan çox qorxuram. Tez bir zamanda arıqlamaq istəyirəm. Mənə necə köməklik edə bilərsiniz?

Mədə kiçiltmə əməliyyatı çıxış yolu deyil. İstənilən travmadan sonra bədən stressə girir və sürətli şəkildə çəki verir. Ancaq sonrasında sərt pəhrizlər, sizə uyğun olub-olmadığını bilmədiyiniz idman və s. ilə yerdə qalan çəkini verməyə çalışmaq həqiqətən də çətindir. Üstəlik əməliyyat özü də riskli və ağırlaşmaları çox olan əməliyatdır. ASA DİET CENTER-də məhz bu cür problemləri olan insanlara xüsusi diqqətlə yanaşılır. Orqanizmin vəziyyəti göz önünə alınır, lazımi analizlər aparılır. Bundan sonra kompeks şəkildə müalicə, qidalanma, fiziki aktivlik  strategiyası tətbiq olunur, hətta ən kiçik detala qədər dəyərləndirilir. Mərkəzin əsas məqsədlərindən biri bariatrik əməliyyat olmadan insanlara sağlam və ömürlük artıq çəkilərindən və çəki ilə birgə gələn yanaşı xəstəliklərdən xilas olmağa köməklik göstərməkdir.

Arıqlamaq üçün dieta və əməliyyatdan başqa çıxış yolu varmı? Dieta saxlaya bilmirəm, artıq çəkim də günü-gündən artır.

Piylənmə özü-özlüyündə bir xəstəlikdir. Əgər kilonuz günü-gündən artırsa, demək ki, orqanizmdə sizin xeyrinizə olmayan bəzi dəyişikliklər gedir. Bunun qarşısını dieta ilə almaq mümkün deyil. Orqanizmi tanımaq lazımdır. Mövcud olan insulin dirəncini qırmaq üçün kompeks yanaşma həyata keçirilməlidir. Yalnız bununla ömürlük artıq çəkidən azad ola bilərsiniz. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

85 kiloyam, 2-ci tip şəkərli diabet xəstəsi olduğumu öyrəndim. Çox məyus oldum. Artıq çəkidən azad olmaq üçün tez-tez pəhriz saxlayırdım, amma alınmırdı. Şəkərli diabetdən tam sağalma mümkündürmü?

2-ci tip şəkərli diabet xəstəliyi düzgün olmayan həyat təzinin bizə hədiyyəsidir. Bəli, tam sağalma mümkündür. Eyni zamanda artıq kilolarınızdan da azad ola bilərsiniz. Bunun üçün sağam həyat tərzi ilə tanış olmalısınız, mütləq hərəkət etməlisiniz və düzgün müalicə lazımdır. Bədən kütləsinin tez-tez dəyişməsi olduqca təhlükəlidir. Ömürlük kilolarınızdan azad olmaq istəyirsinizsə mütləq mütəxəssis yardımı almalısınız.

Back To Top