skip to Main Content

Bədən kütlə indeksi (BKİ) nədir?

Bədən kütlə indeksi yetişkin bir insanın boyuna görə çəkisinin normal olub-olmadığını göstərən bir parametrdir. Tablodakı BKİ, çəkinizin kiloqram və boyunuzun santimetrlə göstəricilərindən alınmış nəticədir. Alınan nəticə ideal kilonuzun yuxarı və ya aşağı hədlərini aşırsa, bu zaman sağlamlığınızın qorunması üçün bədən kütlənizin korreksiyası mütləq göz önündə tutmalıdır. Əsas məsələ sağlamlığınızı qorumaqdır.

Bədən kütlə indeksi necə hesablanır?

Bədən kütlə indeksi bədən kütləsinin boy uzunluğunun kvadratına olan nisbətindən alınan nəticədir. Aşağıdakı hesablayıcıya öz fərdi dəyərlərinizi qeyd edərək BKİ nəticənizi öyrənə və aşağıdakı cavablara uyğun müqayisə edə bilərsiniz.

[[[["field1","greater_than","0"],["field3","greater_than","0"]],[["show_fields","field2"]],"and"]]
1 Step 1
Çəkiniz (kq)Nümunə: 70
no-icon
Boyunuz (sm)Nümunə: 170
no-icon

Sizin indeksiniz: [ ( field1 * 10000 ) / ( field3 * field3 ) ]

Nəticənizi aşağıdakı cavablara uyğun müqayisə edin.

keyboard_arrow_leftPrevious
Nextkeyboard_arrow_right
FormCraft - WordPress form builder

>18,4: Arıq

Boyunuza görə uyğun çəkidə olmadığınızı, yəni daha arıq olduğunuzu göstərir. Arıqlıq bəzi xəstəliklər üçün risk faktoru olub, arzuolunmayan bir haldır. Boyunuza uyğun çəkiyə çatmaq üçün sağlam qidalanma və sizə uyğun idman bu yolda köməkçinizdir.

18.5-24.9 : Normal çəki

Boyunuza uyğun çəkidə olduğunuzu göstərir. Düzgün qidalanma və fizik aktivliklə bu kilonuzu qorumağa çalışın.

25.0-29.9: Artıq çəkili

Boyunuza uyğun çəkinizin çox olduğunu göstərir. Artıq çəkili vəziyyətdə lazımı tədbirlər görülməzsə, olduqca çox sayıda xəstəliklərə risk faktoru olan piylənmə qaçınılmaz olur.

30.0-34.9: I Dərəcəli piylənmə

Artıq kilonuzun bir az daha artığını göstərir. Bu vəzyiyyət tip 2 şəkərli diabet, hipertoniya xəstəliyi, ürək, qan-damar xəstəlikləri üçün çox yüksək risk faktorudur. Normal çəkiyə düşmək sağlığınız üçün çox önəmlidir.

35.0-44.9: II Dərəcəli piylənmə

Boyunuza görə bədən çəkiniz olduqca çoxdur. Mütləq dietoloq-doktor nəzarəti altında sağlam çəkinizə düşmək üçün mübarizə aparın. Artıq kilo ürək-damar xəstəlikləri, oynaq xəstəlikləri, yüksək təzyiq, 2-ci tip şəkərli diabet üçün olduqca yüksək risk faktorudur.

45.0 və çox: III Dərəcə piylənmə (olduqca çox kilolu)

Boyunuza görə bədən çəkiniz olduqca çoxdur. Mütləq dietoloq-doktor nəzarəti altında sağlam çəkinizə düşmək üçün mübarizə aparın. Artıq kilo ürək-damar xəstəlikləri, oynaq xəstəlikləri, yüksək təzyiq, 2-ci tip şəkərli diabet üçün olduqca yüksək risk faktorudur.

Yaş İdeal BKİ
19-24 19-24
25-34 20-25
35-44 21-26
45-54 22-27
55-65 23-28
+65 24-29

 

Yaş qrupu BKİ aralığı Sinifləndirmə
19-24 >20 Arıq
19-24 20-24.9 Normal
19-24 25-29.9 Artıq çəkili
19-24 30-34.9 1.dərəcə piylənmə
19-24 35-44.9 2. dərəcə piylənmə
19-24 45-49.9 3.dərəcə piylənmə
19-24 49.9< Ölümcül piylənmə
Back To Top